Peugeot şirkəti Cenevrəyə yeni 508 sedanını gətirəcək

Peugeot 508 sedanının yeni nəsli 6 mart tarixində Cenevrə avtosalonunda debüt edəcəkdir. Yeni avtomobilin zahiri görkəmi Istinct konsept avtomobilin üslubunda hazırlanacaqdır. Xatırladaq ki, bu konsept beton döşəməyə malik olması ilə məşhur idi.

Bu barədə məlumatı şirkət daxilində mənbələrinə istinadən “Automotive News” nəşri yayıb. “Motor1” saytının dizaynerləri isə, konsept avtomobilini rəhbər tutaraq yeni sedanın renderini hazırlayıblar. Peugeot 508 modeli fransız istehsalçısının EMP2 modul platformasında inşa ediləcəkdir. Bu platformadan 3008 və 5008 krossoverlərinin yaradılması zamanı istifadə edilibdir. Ehtimala görə, yeni sedanla birlikdə PSA Peugeot Citroen tərəfindən hazırlanmış ilk avtonom idarəetmə sistemi də debüt edəcəkdir.

Yeni sedanın mühərrik çeşidi  barədə məlumat verilməsə də, sedanın modifikasiyalarından birinin qoşulan hibrid olacağı ehtimal edilir. Çox güman ki, 508 modeli 5008 krossoveri ilə eyni mühərrik çeşidini və avadanlıq siyahısını bölüşəcəkdir.

ДРУГИЕ СТАТЬИ