Lotus komandasının sabiq rəhbəri Deni Baharın sahibi olduğu Ares Design atelyesi Bentley Mulsanne sedanının bazasında hazırladığı kupeni təqdim edib.

Kuzovun arxa hissəsi tamamilə dəyişdirilmiş və yenilənmiş salona malik olan sedanın təqdimatı Modenadakı yeni zavodun açılış mərasimində keçirilib. Təkmilləşdirmə işlərinin bir hissəsi alman McChip-DKR tüninq atelyesi tərəfindən aparılmışdır. Belə ki, atelye mütəxəssisləri kupe üçün alüminium və karbondan hazırlanmış yeni kuzov panellərini düzəldiblər. Atelye mütəxəssislərinin avtomobilin güc aqreqatı üzərində işləyib-işləmədiyi barədə məlumat verilməyib. Tünerin ixtiyarında olan Bentley Mulsanne sedanı 512 at qüvvəsi və 1020 Nm fırlanma anı hasil edən səkkiz silindrli mühərrik və səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilibdir.

Əvvəllər tüner mühərrikin gücünü 600 at qüvvəsinə, fırlanma anını isə 1200 Nm-ə qədər artırmaq niyyətində olduğunu bildirmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt