Hyundai şirkəti növbəti nəsil Santa Fe modelinin yeni videotizerlərini yayıb. Bir müddət bundan öncə, koreya istehsalçısı yeni krossoverin rəsmi fotoşəkillərini dərc etmişdir. Dərc edilmiş videotizerdə yeni krossoverin təqdimat tarixi də açıqlanıb - 21fevral 2018-ci il.

Cənubi Koreya bazarında krossover 2,0- və 2,2-litrlik dizel mühərrikləri və 2,0-litrlik benzin turbomühərriki ilə təlkif ediləcəkdir.  Güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Bir müddət bundan əvvəl sketçləri dərc edilmiş yeni nəsil Santa Fe modeli Nexo krossoverinin üslubunda dizayna sahib olub.

Buna misal olaraq ikimərtəbəli işıq texnikasını və “kaskad” formalı radiator barmaqlığını da göstərmək olar. Yeni krossoverinin salonunun əsa xüsusiyyətləri multimedia sisteminin ayrıca displeyi olan üçsəviyyəli cihazlar paneli, havalandırma sisteminin deflektorlar bloku, həmçinin klimat-kontrol və məlumat-əyləncə sisteminin idarəetmə blokudur.

Eyni zamanda, yeni Hyundai Santa Fe krossoveri müasir təhlükəsiz sistemlərinin geniş çeşidi ilə də təchiz ediləcəkdir.

Qəzaları önləyən sistem və hərəkət zolağına nəzarət sistemləri ilə yanaşıı, krossoverin təchizatına Rear Occupant Alert və Safe Exit Assist sistemləri də daxil edilib. Birinci sistem avtomobilin arxa oturacaqlarında "yaddan çıxmış" sərnişinlər barədə xəbərdarlıq edir. İkinci sistem isə avtomobildən enən sərnişini yaxınlaşan avtomobildən qorumaqla mükəlləfdir.

Təhlükə qaçınılmaz olduqda sistem qapının kilidini avtomatik bağlayaraq sərnişinin enməsinə mane olur.