Toyota Supra kupesinin ilk tizerini dərc edib

Toyota şirkəti yeni sportkarın ilk tizerini dərc edib. Şəkildə təsvir edilən avtomobilin adı açıqlanmasa da, tizerə şərhdə “əfsanə qayıdır” sözləri yazılıbdır. Çox güman ki, söhbət Supra modelinin yeni nəslindən gedir.

Son beş ildə Toyota Supra kupesi ətrafında gəzən söz-söhbətlər səngumək bilmir.  Məlumdur ki, Toyota şirkəti yeni Supra modelini BMW şirkəti ilə birlikdə hazırlayır.

Alman istehsalçısı Supra kupesinin “əkiz qardaşını” Z5 adı ilə buraxacaqdır.  Hər iki sportkar eyni platformada inşa olunsa da, dizaynı, şassi tənzimlənməsi və mühərrik çeşidi ilə fərqlənəcəkdir.  Əvvəllər  Supra kupesinin benzin mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusuna, tam çəkiş sisteminə və robotlaşdırılmış transmissiyaya sahib olacağı ehtimal edilirdi. Tərəfdaşlar birgə model üzərində işləməyə 2013-cü ildə başlayıblar. Bundan başqa, hər iki şirkət yanacaq elementləri, yüngül kompozit materialları və yeni akkumulyator üzərində işləyirlər.

Sportkarların istehsalının Avstriyada Magna zavodunda təşkil ediləcəyi ehtimal olunur. İstehsal prosesinə bu il start veriləcəkdir.

ДРУГИЕ СТАТЬИ