Dəbdəbəli avtomobillər istehsalçısı olan Rolls-Royce şirkəti özünün ilk yolsuzluq avtomobili haqqında yeni məlumatı dərc edib. İlk növbədə istehsalçı seriya avtomobilinin adını açıqlayıb.

Yeni model dünyanın ən iri almazı kimi Cullinan adlanacaqdır.  Xatırladaq ki, yeni avtomobilin hazırlanması layihəsinin zavoddaxili adı Project Cullinan olub. Dəbdəbəli ofroder yeni nəsil Phantom modelinin inşa edildiyi miqyaslanan alüminium platormasına sahib olacaqdır. Onun qabarit uzunluğu 5,5 metrə bərabər olacaq. Avtomobilin uzunbazalı bayraqdar modifikasiyası da hazırlanacaqdır. Bu modifikasiyanın uzunluğu altı metrə yaxın olacaqdır. Rolls-Royce Cullinan modelinin 571 at qüvvəli 6,75-litrlik V12 mühərriki və səkkiz pilləli ZF avtomatik transmissiyası və tam çəkiş sistemi ilə təchiz ediləcəyi güman olunur. Sonradan ofroderin hibrid modifikasiyasının təklif ediləcəyi bildirilsə də, belə versiyanın dəqiq təqdimat vaxtı açıqlanmayıb.

Əvvəl britaniyalılar yeni modelin “isanları operadan Alp dağlarına paracaq əsl yolsuzluq avtomobili” olacağını bildirmişdirlər.

Britaniyalılar ofroder buraxmaq qərarını müştərilərin çoxsaylı müraciətlərindən sonra qəbul etdiklərini xüsusi olaraq vurğulayıblar.

Image alt Image alt Image alt Image alt Image alt