BMW şirkəti ikinci nəsil X4 krossoverini rəsmi olaraq təqdim edib. Yeni krossoverin kütləvi təqdimat mərasimi mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Ikinci nэsil BMW X4 krossoveri sələfindən daha iri ölçülərə malikdir. Krossoverin qabarit uzunluğu 81 millimetyr, eni isə 37 millimetr artıbdır. Beləliklə, yeni X4 4752 millimetr uzunluğa və1918 millimetr enə malikdir. Krossoverin təkər bazası da 37 millimetr genişlənərək 2864 millimetrə bərabər olub.

Yeni modelin baqaj bölümünün həcmi 525 (+ 25 litr) litrdir. Arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1430 litrə (+30 litr) qərəd artır. İkinci cərgə 40:20:40 nisbətində bölünür.

Yeni krossoverin konstruksiyasında  alüminiumdan, yüksəkmöhkəmlikli və xüsusi yüksəkmöhkəmlikli poladdan hazırlanan elementlərin xüsusi çəkisi ciddə şəkildə armışdır. Bu nəinki kuzovun sərtliyini artırmağa, həmçinin onun çəkisini azaltmağa imkan verib. Sələfinə nisbətən yeni krossover modifikasiyasından asılı olaraq 50 kiloqrama qədər yüngüldür.

İkinci nəsil BMW X4 modelinin aerodinamik göstəriciləri də  yaxşılaşıb. Aktiv elementlərdən istifadə nəticəsində aerodinamik müqavimət əmsalı 10% azalaraq 0,30 bərabər olub. Eyni zamanda, istehsalçı kupeşəkilli krossoverin ağırlıq mərkəzinin yeni nəsil X3 modelinə nisbətən daha aşağıda yerləşdiyini də qeyd edib. Yeni krossover eyni zamanda iki “qaynar” M Performance modifikasiyalarında təklif ediləcəkdir. Bunlar M40i və M40d modifikasiyalarıdır ki, onlardan birincisi avqust ayından başlayaraq şourumlarda nümayiş etdiriləcəkdir.

X4 M40i modifikasiyası 360 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli turbimühərriklə təchiz ediləcəkdir. Bu model yerindən 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənəcəkdir.

İkinci modifikasiya, adından göründüyü kimi dizel güc aqreqatı ilə təklif ediləcəkdir. Bu, 326 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizeldir. “Qaynar” dizel krossoveri 100 km/sürətini 4,9 saniyəyə toplayır. Hər iki “qaynar” modifikasiyanın maksimal sürət həddi 250 km/saatdır.

“Qaynar” krossoverlər digərilərindən asqının tənzimləmələri, buraxılış sistemi, əyləclər, təkər diskləri və arxa M-differensialı ilə fərqlənirlər.

X4 modelinin mühərrik çeşidinə 184 və 252 at qüvvəsi təklif edən 2,0-litrlik dörd silindrli benzin turbomühərrikləri, və eyni iş həcminə malik olan 190 və 231 at qüvvəsi variantlarında təklif edilən dizel mühərrikləri daxildir. Bundan başqa, 265 at qüvvəsinə malik olan 3,0-litrlik dizel aqreqatı da mövcuddur. Bütün modifikasiyalar xDrive tam çəkiş sistemi və səkkiz pilləli avtomatik transmissiyalar ilə təchiz olunurlar.

Yeni nəsil BMW X4 modelinin avadanlıq siyahısına işıqdiodlarından fənərlər, proyeksiya displeyi, 10,25-düymlük sensorlu ekranı olan və jestlərlə idarələnən multimedia sistemi, adaptiv kruiz-kontrol, dairəvi müşahidə sistemi, induksiyon doldurma sistemi, üç zonalı klimat-kontrol, panoram tavan, oturacaqların havalandırılması, həmçinin elektron poçtuna nəzarət etmək, təqvimə düzəlişlər etmək və kontaktlara daxil olmaq imkanı verən Microsoft Oficce 365 əlavəsi daxildir.

İkinci nəsil BMW X4 krossoverini bu gündən başlayaraq alman istehsalçısının yerli təmsilçisinin şourumunda sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt