Subaru Cenevrədə yeni konsepti göstərəcək

Subaru şirkəti Cenevrə avtosalonunda Viziv Concept Tourer adlı konsepti nümayiş etdirəcəkdir. Yapon istehsalçısı niyyətini konseptin ilk tizerini dərc edəcərək bəyan edib. Yeni konsept Viziv xəttindən olan konseptlərin altıncısı olacaqdır.

Xatırladaq ki, Tourer adını Subaru şirkəti ilk dəfə olaraq 2011-ci ildə nümayiş etdirilən Subaru Advanced konseptual universalında istifadə edib.  Yapon istehsalçısı konsept haqqında ətraflı məlumat verməyib. Dərc edilmiş tizerdən göründüyü kimi, konsept universal kuzovuna malik olacaqdır. Bununla belə, konseptin krossover olacağı da istisna edilmir. Viziv Concept Tourer prototipi bu il Subaru markasının nümayiş etdirdiyi ikinci konsept olacaqdır. Bir müddət bundan öncə, yapon istehsalçısı Viziv Performance konseptinin “bərkgedən” Viziv Performance STI  variantını təqdim edib. Bu konseptin yeni nəsil WRX modelinin inkişaf istiqamətini nümayiş etdirmək vəzifəsini daşıdığı ehtimal olunur.

Subaru şirkəti konseptlər üçün Viziv adından 2013-cü ildə istifadə etməyə başlayıb. 

ДРУГИЕ СТАТЬИ