Italdesign atelyesi Zerouno superkarının açıq variantını Cenevrədə göstərəcək

Italdesign atelyesi Zerouno karbon superkarının açıq modifikasiyasının tizerini dərc edib. Məhdud sayda buraxılacağı söylənilən avtomobil gələn ay işinə başlayacaq Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir.

Italdesign Zerouno roadster modeli kupe variantında tətbiq edilmiş dizayn üslubunda hazırlanacaqdır. Məlum olduğu kimi, Zerouno superkarı Lamborghini Huracan və Audi R8 modellərinin kapotunun altında yerləşən 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı 610 at qüvvəsi və 560 Nm fırlanma anı hazıl edir. Superkarın maksimal sürəti 330 km/saatdır. Italdesign atelyesi cəmi beş ədəd Zerouno superkarı buraxıb.

Onların hər biri öz sahibini tapmışdır.

Superkarın qiyməti 1,5 milyon avro təşkil edir. Zerouno Roadster modelinin təqdimatı italyan atelyesinin 50 illik yubileyinin bayram edilməsinin tərkib hissəsi olacaqdır. Rəsmi olaraq 6 mart tarixində Cenevrədə başlayacaq tədbir yay aylarında Turində və Automotive News Europe konqressində davam etdiriləcəkdir.

ДРУГИЕ СТАТЬИ