Hyundai şirkəti yeni nəsil Santa Fe modeli ətrafında cərəyan ediən ehtirasları qızışdırmağa davam edir. Bu dəfə koreya istehsalçısı Safe Exit Assist sisteminin işini nümayiş etdirən videoçarxı nemayiş etdirib.

Məlum olduğu kimi, yeni Hyundai Santa Fe krossoveri müasir təhlükəsiz sistemlərinin geniş çeşidi ilə də təchiz ediləcəkdir.

Qəzaları önləyən sistem və hərəkət zolağına nəzarət sistemləri ilə yanaşı, krossoverin təchizatına Rear Occupant Alert və Safe Exit Assist sistemləri də daxil edilib. Birinci sistem avtomobilin arxa oturacaqlarında "yaddan çıxmış" sərnişinlər barədə xəbərdarlıq edir. İkinci sistem isə avtomobildən enən sərnişini yaxınlaşan avtomobildən qorumaqla mükəlləfdir.

Təhlükə qaçınılmaz olduqda sistem qapının kilidini avtomatik bağlayaraq sərnişinin enməsinə mane olur.