Ford şirkəti cari nəsil “bərkgedən” Focus RS modelinin Avropa bazarı üçün nəzərdə tutulan versiyasına xüsusi seriyanın buraxılışı ilə son verdiyini bildirib. Ford Focus RS Heritage Edition adlandırılan xüsusi seriyadan olan 50 avtomobil Deep Orange narıncı rənginə boyanacaq və genişləndirilmiş təchizata malik olacaqdır.

“Vida” seriyasından olan avtomobillər boz rəngli əyləc supportları, qara rəngə boyanmış təkər disləri, güzgü gövdələri və arxa spoyler ilə seçiləcəkdirlər.

Avtomobilin interyeri təchizatına qismən dəri ilə üzlənmiş Recaro idman oturacaqları,  panoram tavan, sükanın qızdırılması və karbondan olan dekorativ elementlər daxildir. Focus RS Heritage Edition modeli ön oxda quraşdırılan mexaniki qapanmalı yüksək sürtünmə differensialı və gücün artırılması dəsti ilə təchiz olunacaqdır. Bu dəst sayəsində EcoBoost ailəsindən olan 2,3-litrlik turbomühərrikin gücü 350-dən 375 at qüvvəinə qədər artırılıb.

“Bərkgedən” hetçbekin satış qiyməti 39895 funt-sterlinq təşkil edəcəkdir.