Volvo şirkəti yeni nəsil V60 universalının təqdimat tarixini açıqlayıb. Yeni universal 21 fevral tarixində təqdim ediləcəkdir. Bu barədə isveç istehsalçısının Youtube kanalındakı səhifəsində dərc edilmiş videotizerdə bildirilibdir.Lakin, isveç istehsalçısı rəsmi şəkillərin sızmasını önləyə bilməyib. Artıq internet şəbəkəsində yeni unuversalın fotoşəkilləri peyda olubdur.

İstehsalçı rəsmi saytında da yeni modelin bir neçə fotoşəklini dərc edibdir ki, bu şəkillərdə də avtomobilin dizaynı qismən açıqlanıb. Həmin təsvirlərdə modelin yeni baş optikaya və ikinci nəsil XC60 krossoverinin üslubunda radiator barmaqlığına sahib olduğu göstərilib. Bununal belə, yeni model haqqında heç bir texniki məlumat verilməyib. Volvo şirkətinin son təqdim etdiyi avtomobil yığcam XC40 krossoveri olub.

Geely şirkəti ilə birlikdə hazırlanmış CMA modul platformasında inşa edilən krossover 2,0-litrlik turbomühərriklər ilə təklif edilir.

Image alt Image alt