Seat şirkəti yeni krossoverinin adını açıqlayıb – Tarraco. Yeni krossover üçün ad ispan istehsalçısının təşkil etdiyi xüsusi müsabiqədə seçilmişdir. Dünyanın istənilən ölkəsindən yaşayan şəxs bu müsabiqədə iştirak edərək öz variantını istehsalçıya yollaya bilərdi.

Müsabiqəyə dünyanın 134 ölkəsindən 146 min insan qatılıb. Göndərilən ad variantlarının sayı 133 mini keçib. Finala Tarraco adı ilə yanaşı Alboran, Aranda və Avila adları çıxıb. Qalib üçün 52 min insan səs verib. Alboran səslərin 12,9, Aranda - 39,3, Avila isə 41,9 mini toplamağa müvəffəq olublar.

Tarrako Piriney yarımadasında olan Tarraqona şəhərinin keçmiş adıdır. Bu şəhər Aralıq dənizi sahillərində salınmış  Roma imperiyasına məxsus olan ən qədim şəhərin adıdır.

Seat Tarraco Volkswagen konserninin MQB modul platformasında inşa ediləcək yeddi yerli krossoverdir. Krossover Seat şirkətinin model cərgəsində Ateca krossoverindən bir pillə yüksəkdə duracaqdır. Avtomobilin bu ilin sonunda buraxılacağı ehtimal olunur. Böyük ehtimalla, Seat bu krossoveri Cenevrə avtosalonunda təqdim edəcəkdir.