BMW şirkəti M4 kabrioletinin xüsusi Edition 30 Jahre modifikasiyasını təqdim edib. Yeni seriya ilk “qaynar” BMW M3 kabrioletinin 30 illik yubileyinə həsr edilib.

Xüsusi seriyadan olan kabrioletlər baza təchizat variantında Competition idman dəsti ilə təklif edilirlər. Bu dəstlə 3,0-litrlik iki turbokompressorlu altı silindrli mühərrikin gücü 450 at qüvvəsinə çatır. Avtomobillər idman buraxılış sistemi, aktiv arxa M differensialı, yüngülləşdirilmiş kreslolar və adaptiv asqının xüsusi tənzimləmələri ilə təchiz edilir.

Yubiley modifikasiyası tünd göy və parlaq sarı rənginə boyanırlar. Xüsusi model adi M4 kabrioletindən qara parlaq radiator barmaqlığı və ön qanadlarda olan eyni rəngli hava girişləri ilə seçilirlər. Avtomobilin salonunda xüsusi seriyanın adı həkk edilmiş lövhəciklər də mövcuddur. Cəmi 300 ədəd BMW M4 Convertible Edition 30 Jahre kavrioleti  istehsal ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt