Porsche şirkəti yenilənmiş 911 GT3 RS superkarını təqdim edib. Superkar ən güclü atmosfer mühərriki ilə təchiz edilir.

Porsche 911 GT3 RS modelinin  kapotu altında 520 at qüvvəsi hasil edən 4,0-litrlik oppozit mühərriki yerləşir. Təkmilləşdirilmiş aqreqat əvvəlkindən 20 at qüvvəsi daha güclü olubdur. Lakin, bu son hədd deyil. Atmosfer mühərrikin gücünün 530 at qüvvəsinə qədər artırılması mümkündür. Yarış spesifikasiyasında isə, aqreqat 600 at qüvvəsi hasil edə bilər. Güc artımına giriş və çıxış sisteminin təkmilləşdirilməsi və yeni proqram təminatının tətbiqi sayəsində nail olunub. Doqquz min dövr/dəqiqəyə qədər sürətlənən mühərrik yenidən tənzimlənmiş yeddi pilləli PDK «robotu» ilə tandemdə çalışır. Bu tandem superkarı 100 km/saat həddinə 3,2 saniyəyə sürətləndirir. Onun maksimal sürəti isə 312 km/saatdır.

Yenilənmiş 911 GT3 RS modelinin konstruksiyasında karbondan və digər kompozit materiallardan geniş istifadə edilib. Qapı panelləri, qanadlar, kapot və idman oturacaqları karbondan hazırlanıb. Bundan başqa, avtomobilin çəkisini 29 kiloqram azaldan Weissach dəstini sifariş etmək olar. Bu halda superkar 1430 kiloqram çəkiyə malik olacaqdır.

Bütün bunlarla yanaşı superkar təkmilləşdirilmiş asqı sisteminə və tam idarələnən şassiyə sahib olub. Pulsuz opsiya şəklində Clubsport dəsti də əlçatandır. Bu dəstin tərkibinə təhlükəsizlik karkası, altınöqtəli kəmərlər və yanğınsöndürən üçün bərkitmə nöqtələri daxildir.  

Porsche 911 GT3 RS modelinin təchizatına öndə 265/35 şinləri olan 20-düymlük təkər diskləri, arxada isə 325/30 şinləri olan 21-düymlük təkər diskləri daxildir. Yenilənmiş superkarın Almaniyadakı satışlarına bu ilin aprelində başlanacaqdır. Modelin qiyməti 195137 avrodan başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt