Ferrari şirkəti səkkiz silindrli mühərrikə malik olan ən güclü superkarı təqdim edib. Ferrari 488 Pista (italyancadan tərcümədə - trek) adını almış superkar 488 GTB modelinin "bərkgedən" variantıdır.

Yeni model 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 3,9-litrlik iki turbokompressorlu mühərrikə sahib olub. Bu mühərrik 488 Challenge yarış avtomobilində quraşdırılır. Bu mühərrik standart aqreqatdan 10 faiz az çəkiyə malikdir. Ferrari 488 Pista 100 km/saat həddinə 2,85 saniyəyə sürətlənir. 200 km/saat həddini toplamağa isə 7,6 saniyə gərəkdir. Superkarın maksimal sürəti 340 km/saatdır. Ferrari 488 Pista modelinin çəkisi 1280 kiloqramdır. Bu 488 GTB modelində olduğundan 90 kiloqram azdır. Belə nəticənin əldə edilməsi avtomobilin konstruksiyasında karbondan geniş istifadə sayəsində mümkün olubdur. Superkarın kapotu, bamperləri, arxa spoyleri, cihazlar paneli və mərkəzi tonneli karbondan hazırlanıb.

Bundan başqa, avtomobil 488 GTB modelinə nisbətən yerəbasma gücünü 30% artıran qabaqcıl aerodinamikaya malik olub. Superkar ön hissədə xüsusi hava girişləri, arxa diffuzor və aktiv arxa spoyleri ilə təchiz edilib. Ferrari 488 Pista modelinin kütləvi təqdimat mərasimi Cenevrə avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt