Ford şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş Edge krossoverinin yenilənmiş variantını təqdim edib. Dizayn cəhətdən amerikan variantından fərqlənməyən krossover, Avropada 340 at qüvvəli mühərrikə malik olan "qaynar" ST modifikasiyasında təklif edilməyəcəkdir.

Onun əvəzinə yenilənmiş Ford Edge ST-Line idman modifikasiyasında və yeni turbodizellə təklif olunacaqdır. Avropada Edge yalnız 2,0-litrlik dizel mühərrikləri ilə təchiz ediləcəkdir.

Bu mühərrik üç güc variantında - 150, 190 və 238 at qüvvəsində, - əlçatandır. Variantından asılı olmayaraq güc aqreqatları altı pilləli mexaniki və səkkiz diapazonlu avtomatik transmissiyalarla təchiz edilə bilərlər. Ford Edge ST-Line idman modifikasiyası 20-düymlük təkər disklərinə, yenidən tənzimlənmiş asqıya, buraxılış sisteminin cütlənmiş xrom borularına, elektriklə tənzimlənən dəri oturacaqlara və ötürmələri həyata keçirməyə imkan verən sükanaltı dəstəklər ilə təchiz edilir.

"Avropalı" Edge modelinin təchizatına 8-düymlük ekranı olan SYNC 3 multimedia sistemi, 1000 vattlıq B&O Play səs sistemi, smart telefonlarının induksiyon doldurulması, tam dayanma funksiyası olan kruiz-kontrol, zolaqda saxlama və ikinci zədələrin qarşısını alan qəzadan sonra avtomatik əyləcləmə sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt