Peugeot şirkəti Rifter adlı furqonu təqdim edib. Partner modelini əvəzləyəcək yeni furqon əkiz qardaşları Opel Combo və Citroen Berlingo ilə eyni platformada hazırlanıb. Hər üç furqonun kütləvi təqdimatı Cenevrə avtosalonunda keçiriləcəkdir.

EMP2 modul platformasında inşa edilmiş furqon iki modifikasiyada əlçatandır - 4,4 və 4,75 metr. Həmçinin beş və yeddi yerlik modifikasiyalar da mövcuddur. Furqonun standart versiyasının baqaj bölümü 775 litr yük götürürsə, arxa oturacaqları qatlanmış uzunbazalı variantın maksimum baqaj həcmi 4000 litr təşkil edir. Bundan başqa, tağlarda və tavanda 14 litrlik əlavə əşya yerləri də mövcuddur.

Peugeot Rifter modelinin mühərrik çeşidinə 110 və 130 at qüvvəsi hasil edən 1,2-litrlik benzin turbomühərriki, 75, 100 və 130 at qüvvəsi təklif edən 1,5-litrlik dizel aqreqatı daxil edilib. Baza mühərrikləri 6-pilləli mexaniki qutu ilə təchiz edilirlər. Ən güclü variantlar alternativ olaraq səkkiz pilləli “avtomat” ilə də təklif edilir. Rifter modelinin bütün modifikasiyaları beş rejimə malik olan Grip Control sistemi ilə təchiz edilir. Opsional olaraq Dangel firmasının tam ötürmə sistemini sifariş etmək olar.

Furqon i-Cockpit interyerini alıb. Peugeot Rifter modelinin təchizatına proyeksiya displeyi, sürücünün vəziyyətini izləyən sistem, adaptiv kruiz-kontrol, yol nişanlarının aşkarlanması sistemi,  yoxuşda tərpənməyə yardım sistemi, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, səkkiz düumlük sensorlu ekranı olan multimedia sistemi, həmçinin smartfonları doldurmaq üçün induksiyon enerji yükləmə sistemi daxil edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt