Dəbdəbəli Rolls-Royce Cullinan ofroderi öz sinifində olan ən qeyri-adi arxa oturacaqlarla təchiz ediləcəkdir. Bu sistem sayəsində avtomobil müşahidə zalına çevriləcəkir.

Şirkətdən bu oturacaqlar sayəsində təbiəti və yaxud oynayan uşaqları seyr etmək üçün ilk sırada ən yaxşı yerləri təmin edəcəyi də xüsusi olaraq vurğulanıb. Dəri ilə örtülmüş və kokteyl masasına malik olan oturacaqlar xüsusi düyməyə basıldıqdan sonra Rolls-Royce Cullinan modelinin baqaj bölümündən avtomatik olaraq irəli çıxacaqdırlar. Baqaj qapağı isə günəşlik rolunu oynayacaqdır. Çox güman ki, bu oturacaqlar opsiya şəklində təklif ediləcəkdirlər.

Dəbdəbəli ofroder yeni nəsil Phantom modelinin inşa edildiyi miqyaslanan alüminium platormasına sahib olacaqdır. Onun qabarit uzunluğu 5,5 metrə bərabər olacaq. Avtomobilin beş metrlik uzunbazalı bayraqdar modifikasiyası da hazırlanacaqdır. Rolls-Royce Cullinan modelinin 571 at qüvvəli 6,75-litrlik V12 mühərriki və səkkiz pilləli ZF avtomatik transmissiyası və tam çəkiş sistemi ilə təchiz ediləcəyi güman olunur.