Peugeot şirkəti Cenevrə avtosalonunda yeni Rifter furqonunun bazasında yaradılmış konsepti təqdim edəcəkdir.

Peugeot Rifter 4x4 adlanan furqon 80 millimetrlik klirensə, tam çəkiş sisteminə və çadıra malikdir. Dangler firması tərəfindən hazırlanmış tam çəkiş sistemi üç iş rejiminə malikdir - öndən çəkiş, tam çəkiş və arxa oxda tam qapanan mufta ilə tam çəkiş. Furqon 130 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 1,5-litrlik Blue HDi dizel aqreqatı ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. Rifter 4x4 damda quraşdırlan 1,35 metrlik işıqdiodlarından çilçıraq, BF Goodrich yolsuzluq təkərləri, Overland yığcam çadırı və Peugeot eM02 FS Powertube elektrik velosipedi ilə təchiz edilir. 

Peugeot Partner modelini əvəzləyəcək yeni furqon əkiz qardaşları Opel Combo və Citroen Berlingo ilə eyni platformada hazırlanıb. EMP2 modul platformasında inşa edilmiş furqon iki modifikasiyada əlçatandır - 4,4 və 4,75 metr. Həmçinin beş və yeddi yerlik modifikasiyalar da mövcuddur. Peugeot Rifter modelinin mühərrik çeşidinə 110 və 130 at qüvvəsi hasil edən 1,2-litrlik benzin turbomühərriki, 75, 100 və 130 at qüvvəsi təklif edən 1,5-litrlik dizel aqreqatı daxil edilib. Baza mühərrikləri 6-pilləli mexaniki qutu ilə təchiz edilirlər. Ən güclü variantlar alternativ olaraq səkkiz pilləli “avtomat” ilə də təklif edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt