Seat şirkəti yeni Cupra subbrendi altında buraxılacaq modelləri təqdim edib. Bu brend altında ispan istehsalçısının "qaynar" modelləri təklif ediləcəkdir.

Subbrendrin ilk modeli Cupra Ateca krossoveri olub. 2,0-litrlik benzin turbomühərriki ilə təchiz edilən krossover 300 at qüvvəsinə malikdir. Güc aqreqatı yedi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Tam çəkişli krossover 100 km/saat həddinə 5,4 saniyəyə sürətlənir və 245 km/saat maksimal sürətə malikdir. Krossoverin şassisi standart olaraq adaptiv asqı sistemi ilə təchiz edilir.

Asqı Normal, Sport, Individual, Snow, Off-Road və Cupra rejiminə malikdir. Cupra Ateca nəinki yeni aqressiv dizaynlı bamperlərə, arxa spoylerə, həmçinin Cupra emblemini daşıyan hörməli radiator toruna malik olub.

Qara parlaq elementlərə malik olan eksteryeri 19-düymlük təkər diskləri və iki cütlənmiş borusu olan buraxılış sistemi tamamlayır. 

Krossoverin salonu boz tikişləri olan qara alkantara ilə örtülmüşdür. salonda alüminium ilə örtülmüş pedalları və qara parlaq dekor elementlərini görmək olar. Avtomobilin təchizatına açarsız giriş sistemi, smartforların induksiyon doldurulması, dairəvi görüntü sistemi, 8-düymlük ekranı olan multimedia sistemi və rəqəmsal cihazlr paneli daxildir.

Opsional olaraq krossover üçün xüsusi idman dəsti də təklif ediləcəkdir.

Bu dəstin tərkibinə Brembo şirkətinin 18-düymlük əyləcləri, dəri salon, xüsusi aerodinamik elementlər daxildir. Cupra modelləri 2019-cu ilin ortaından satışa çıxarılacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt