Skoda şirkəti gələn həftə Cenevrə avtosalonunda debüt edəcək Vision X konseptual şəhər krossoveri barədə yeni məlumatları dərc edib. Konsept benzib və qazla işləyə bilən daxili yanacaq mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusuna malik olacaqdır.

Skoda Vision X modelinin güc aqreqatı Volkswagen qrupunun 1,5-litrlik turbomühərrikindən və iki elektromotordan ibarət olacaqdır.  Daxili yanacaq mühərriki 130 at qüvvəsinə və 250 Nm fırlanma anına malikdir. Elektromotorlardan biri mühərriklə birləşdirilib, digəri isə arxa oxda yerləşdirilib. Sonuncu elektromotor krossoveri tam çəkiş sistemi ilə təmin edir. Elektrik mühərrikinin arxada yerləşdirilməsi sayəsində konsept kardan valı olmayan tam çəkiş sisteminə sahib olub. Valdan imtina edilməsi avtomobilin çəkisini ciddi şəkildə azaldıb. Gərək olduqda Skoda Vision X öndən, tam və arxadan çəkişli ola bilər.

Sıxılmış qaz üçün çənlər ikinci cərgənin altında  və arxa oxdan sonra yerləşdirilib. Elektrik mühərriklərinin işləməsini təmin edən batareyalar avtomobilin şassisinin mərkəzində yerləşdiriliblər. Batareyaları hərəkət zamanı rekuperasiya sisteminin hesabına doldurmaq olar.

Yerindən 100 km/saat sürətini konsept 9,3 saniyəyə toplayır. Hibrid krossoverin maksimal sürəti 200 km/saatdır. Avtomobilin yürüş ehtiyatı 650 kilometrə bərabərdir. Elektrik ötürməsi ilə avtomobil 2 kilometr qət edir.

Image alt Image alt Image alt Image alt Image alt