Rolls-Royce şirkəti “60551” nömrəli şassi nömrəsinə malik olan əfsanəvi Silver Ghost avtomobilinə xüsusi seriya həsr edib. Xüsusi seriyadan olan avtomobillərdən 35 ədəd buraxılacaqdır. Rolls-Royce Silver Ghost avtomobili 1907-ci ildə Çarlz Roys və Klod Consonun nasazlıq olmadan 23 min kilometr qət eməsindən sonra məşhurlaşıb.

Xüsusi seriyadan olan avtomobillər üçün, Rolls-Royce avtomobillərini 1911-ci ildən bəzəyən “Ruhun vəcdi” heykəlciyini xalis gümüşdən hazırlayacaqdırlar. Heykəlciyin bürünc əsasını isə qızıl tozu ilə örtəcəkdirlər. Kuzovun ümüş səpələnməli Cassiopeia Silver rəngi 1907-ci ilin avtomobilini təmsil edəcəkdir. Hər bir sedanın boyanması əl ilə səkkiz saat ərzində aparılır.

Xüsusi seriyadan olan Ghost sedanlarının interyerləri original avtomobilə uyğun olaraq “yaşıl meşə” rəngində tərtib edəcəkdirlər. Qapı panellərini ilk dəfə olaraq markanın avtomobillərində istifadə edilən gümüşü işləmələri olan dəri ilə örtəcəkdirlər. Qiymətli metaldan ön panelin ağacdan hazırlanmış dekor elementlərinin tərtibatında da istifadə edəcəklər.

Silver Ghost modelini xatırladan elementlərdən biri də çümüş külçə formasında hazırlanmış saat olacaqdır.

Xüsusi sedanların təchizatına eynək qabı, qələm və piknik səbəti daxil olacaqdır. Xüsusi seriyadan olan Ghost sedanlarının inşasında yeni nəsil Phantom modelinin yaradılması zamanı əldə edilən təcrübədən istifadə olunub. Avtomobilin qapıları, arxa qanadları və baqaj bölümünü əlavə səs izolyasiyası ilə örtülüb, onun şüşələri isə yeni səs udan qata sahib olublar. Orijinal Rolls-Royce Silver Ghost avtomobili markanın icraçı direktoru Klod Consonun sifarişi ilə 40/50 hp şassisində inşa edilib. Avtomobil üçün “turer” kuzovunu Barker&Co firması hazırlayıb. 1908-ci ildə avtomobili özəl kolleksiyaçıya satıblar.

1948-ci ildə avtomobil yenidən şirkət tərəfindən satın alınıb. Hazırda “Gümüş ruh” Bentley şirkətinə məxsusdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt