Honda şirkəti beşinci nəsil CR-V krossoverinin avropa bazarı üçün nəzərdə tutulan variantını təqdim edib. İlk dəfə olaraq hibrid güc qurğusu və salonun yeddi yerli konfiqurasiyası ilə təchiz edilən krossoverin debütü bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda baş tutacaqdır.

Honda CR-V krossoveri standart olaraq VTEC Turbo ailəsindən olan 1,5-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Güc aqreqatı altı pilləli mexaniki yə ya pilləsiz CVT variatoru ilə tandemdə çalışa bilər. 

Hibrid güc qurğusunun tərkibinə Atkinson dövrü ilə işləyən 2,0-litrlik benzin mühərriki, iki elektrik mühərriki, həmçinin qeydə alınmış ötürmə sayı olan bir pilləli transmissiya daxil olacaqdır. Güc qurğusu üç rejimdən birində işləyə bilər - yalnız elektrik ötürməsi, yalnız daxili yanacaq mühərriki və qarışıq variantda. Son halda benzin mühərriki generator rolunu oynayaraq batareyaları doldurmaqla məşğul ola bilər. Bununla belə, Honda qurğunun güc xarakteristikaları və krossoverin elektrik ötürməsi ilə qət etdiyi məsafə barədə məlumat verməyib. 

Benzin və hibrid krossoverlər standart olaraq öndən çəkişli olacaqdırlar. Tam çəkiş sistemi opsiya şəklində təklif olunacaqdır. Modelin təchizatına radiator barmaqlarının jalüzləri, yeddi düymlük ekranı olan multimedia sistemi və kürək hissəsi 101 dərəcə aşılan üçüncü cərgənin oturacaqları daxil edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt