Renault şirkəti gələn həftə qapılarını media nümayəndələrinin üzünə açacaq Cenevrə avtosalonunda Alpine A110 modelinin iki yeni variantını təqdim edəcəkdir. Fransız istehsalçısı kupeni A110 Pure və A110 Legende tərtibat variantlarında nümayiş etdirəcəkdir.

Alpine A110 Pure modifikasiyası, adından göründüyü kimi, sportkarın yüngül və “drayver” variantıdır.  Təəssüflər olsun ki, Renault şirkəti bu modifikasiyanın xarakteristikalarını açıqlamayıb. Alpine A110 Pure modifikasiyasının təm əksinə olaraq  avtomobilin daha komfortlu variantı sayılır. İstehsalçının bildirdiyinə görə, Legende “gündəlik istifadəyə və uzaq səfərlərə incəlik qatır”. Bu modifikasiyanın təchizatına altı tənzimlənməsi olan Sabelt oturacaqları, interyerin dəri ilə örtülməsi və parlaq səthə malik olan karbondan dekorativ elementlər daxildir.

Apline A110 kupesi 252 at qüvvəsi və 320 Nm fırlanma anı olan 1,8-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı «yaş» muftaları olan  yeddi pilləli robotlaşdırılmış Getrag ötürmələr qutusu ilə birgə çalışır.  A110 modelinin qabarit uzunluğu 4,18 metr, eni - 1,8 metr, hündürlüyü - 1,25 metr təşkil edir. Beləliklə, Alpine A110 modeli Porsche 718 Cayman sportkarından 199 millimetr qısa, bir millimetr ensiz və 45 millimetr alçaqdır. Avtomobil öndə və arxada ikili köndələn qolları olan alüminium asma ilə təchiz edilmişdir.  Avtomobilin çəkisi oxlar arasında 44:56 nisbətində paylanmışdır. 

Image alt Image alt Image alt Image alt