Cadillac XT4 krossoveri Nyu-York avtosalonunda debüt edəcək

Cadillac şirkəti XT4 adlandırılmış yeni yığcam krossoverin ilk videotizerini dərc edib. Videoçarxda 27 mart tarixində Nyu-York avtosalonunda debütü gözlənilən Cadillac XT4 modelinin görüntüləri nümayiş etdirilib.

Yeni model Cadillac şirkətinin model cərgəsində X3 modelinin birbaşa rəqibi olan XT5 krossoverindən bir pillə aşağıda qərarlaşacaqdır. Audi Q2, BMW X1/X2 və Mercedes-Benz GLA krossoverləri ilə rəqabət aparacaq model amerikan markasının ən yığcam krossover olacaqdır.

Cadillac şirkətinin rəhbəri Yohan de Nisşenin bildirdiyinə görə, XT4 modeli «tamamilə yeni seriyadan olan effektiv və güclü mühərriklər» ilə təchiz ediləcəkdir.

Gəzən şayiələrə əsasən Cadillac XT4 modeli 275 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik və doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təklif ediləcəkdir. Opsional olaraq yeni model tam çəkiş sisteminə sahib olacaqdır.

Eyni zamanda, yeni krossoverin mühərrik çeşidinə hibrid güc qurğusunun daxil ediləcəyi barədə şaiyələr də dolaşmaqdadır. Müasir tendesnsiyanı nəzərə alaraq, belə bir modifikasiyanın olması çox vacibdir. 

ДРУГИЕ СТАТЬИ