«Dünya üzrə ilin avtomobili» müsabiqəsinin finalçıları müəyyən edilib

«Dünya üzrə ilin avtomobili» müsabiqəsinin təşkilatçıları finalçıların siyahısını elan ediblər. Bu müsabiqənin qalibinin adı 28 mart tarixində Nyu-Yorkda keçiriləcək avtosalonda elan ediləcəkdir.

Qeyd etmək lazımdır ki, bu ilin finalçılarının siyahısında, nə qədər rəəccüblü olsa da, yalnız krossoverlər vardır. Bunlar Mazda CX-5, Range Rover Velar və Volvo XC60 modelləridir. Bundan başqa, müsabiqənin münsiflər heyəti beş əlavə kateqoriyada qalibləri müəyyən edəcəkdir. 

İlin əvvəlində Volvo XC60 modeli «İlin şimaliamerikan minik və yolsuzluq avtomobili» müsabiqəsinin qalibi olub. «Nümayəndəlik avtomobili», «Sportkar», «Şəhər avtomobili», «Yaşıl avtomobil» və «Ən yaxşı dizayn» kateqoriyalarında növbəti avtomobillər iştirak edir.

«Nümayəndəlik avtomobilləri» kateqoriyasında  - Audi A8, Porsche Cayenne, Porsche Panamera, «Sportkar» katerqoriyasında - BMW M5, Honda Civic Type R, Lexus LC 500, «Yaşıl avtomobil» kateqoriyasında - BMW 330e iPerformance, Chrysler Pacifica Hybrid, Nissan Leaf, «Şəhər avtomobili» kateqoriyasında - Ford Fiesta, Suzuki Swift, Volkswagen Polo  mübarizə aparacaqdırlar. «Ən yaxşı dizayn» mükafatı üçün Lexus LC 500, Range Rover Velar və Volvo XC60 yarışacaqdırlar. 2017-ci ildə dünyanın ən yaxşı avtomobili adına Jaguar F-Pace, 2016-cı ildə isə Mazda MX-5 layiq görülüblər.

ДРУГИЕ СТАТЬИ