Rimac şirkəti Hammonda "ilişib"

Yeni Rimac C_Two hiperkarında "gizli müraciət" aşkar edilib. Bu müraciət Riçard Hammondun İsveçrədəki dağ yolunda baş vermiş qəzası ilə bağlıdır.

Avtomobilin salonunda dəri kəmər vasitəsi ilə bərkidilmiş yanğınsöndürənin üzərində istehsalçı xüsusi yazı həkk edib: "Təpəyə qalxan zaman yanğını söndürmək üçün istifadə edin" (In case of hill climb, extinguish fire).

Hadisə 2017-ci ilin yayında The Grand Tour şousunun növbəti epizodunun çəkilişi zamanı baş vermişdir. Planlaşdırılmamış dubl zamanı sol döngəni qət edən Hammond idarəetməni itirərək yoldan çıxmışdır. Avtomobil aşağı yuvarlanaraq alışıb-yanmışdır.

Rimac şirkətinin rəhbəri Mate Rimakın fikrincə Hammond gərək olduğundan sürətli gedib və avtomobildən imkansızı tələb edib. Avtomobilin elektronikası manevrə vaxtında reaksiya versə də, qəzanın qarşısını ala bilməyib.

ДРУГИЕ СТАТЬИ