VW Touareg Pekinə yollanıb

Növbəti nəsil Volkswagen Touareg yolsuzluq avtomobili istehsal edildiyi Bratislava şəhərindən Çinin paytaxtı olan Pekin şəhərinə qədər yolu özü qət edəcəkdir. Bu yürüş yeni modelin 23 marta keçiriləcək dünya təqdimatına həsr edilibdir.

Yeni ofroder 11 ölkənin ərazisindən keçən 16 min kilometrlik məsafəni qət etməlidir. Bu ölkələr arasından Latviya, Polşa, Rusiya, Qazaxstan və Monqolstan da vardır. Hazırda yürüş iştirakçıları Rusiya və Qazaxstanın ərazisindən keçirlər. Bir neçə gündən sonra isə, onlar monqol çollərinə çatacaqdırlar. Marşrutun son nöqtəsi təsadüfi seçilməyib. Modelin debütünü məhz Pekində avtosalonunda keçirmək planlaşdırılıb.

Yeni krossoverin əsasını MLB Evo modul platforması təşkil edir. Xatırlatmaq istərdik ki, bu platformadan Audi Q7, Bentley Bentayga, Lamborghini Urus və Porsche Cayenne modellərinin istehsalında istifadə edilir. Nəticədə yeni «Tuareqin» çəkisi hiss olunacaq dərəcədə azaldılacaq, yeni benzin, dizel və hibrid güc aqreqatlarının quraşdırılması mümkün olacaqdır. Saiyələrə görə, yeni avtomobil üç litrlik 270 at qüvvəli dizel və eyni həcmli 340 at qüvvəli benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Bundan başqa, tərkibinə 252 at qüvvəli dörd silindirli benzin mühərriki və 100 kilovattlıq elektromotor daxil olan hibrid güc aqreqatı da təklif ediləcəkdir.

Həmçinin, yeni krossover səs və əl hərəkətləri ilə idarə edilən multimedia sisteminə də yiyələnəcəkdir.

ДРУГИЕ СТАТЬИ