Land Rover Range Rover Velar SVR modelinin sınaqlarına başlayıb

Land Rover şirkəti yeni Velar ofroderinin “bərkgedən” SVR modifikasiyasını hazırlayır. Artıq kamuflyaja bürünmüş “qaynar” ofroderin fotoşəkilləri Britaniyanın “ Auto Express” nəşri tərəfindən dərc edilibdir.

Almaniyanın Nürbuqrinq trekində sınaqları aparılan “qaynar” ofroderin, Jaguar Land Rover alyansının “qaynar” modellərinin təchiz edildiyi 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təklif olunacağı gözlənilir. Məsələn, yenilənmiş Range Rover Sport SVR modelini hərəkətə gətirən güc aqreqatı  artıq 575 at qüvvəsi hasil edir.

Yungül kamuflaj avtomobil xarici görünüşünü tam gizlətməsə də, SVR indeksini daşıyacaq ofroderin R-Dynamic versiyasından elə də güclü fərqlənəcəyini güman etmirik. Əgər dərc edilən cəsus fotoşəkillərinə diqqət yetirsəniz ön bamperin daha iri mərkəzi və yan hava girişlərinə sahib olduğunu, arxa bamperin aşağı hissəsinin isə diffuzorun yerləşdirilməsi məqsədi ilə bir qədər genişləndirildiyini görmüş olarsınız.

Güclü V8 səkkiz mühərriki və aqressiv xarici görkəm ilə yanaşı, “bərkgedən” krossover SVR rejimi olan adaptiv idman asqısına da sahib olacaqdır. Əlbəttə ki, avtomobilin buraxılış sistemi də daha möhtəşəm səslənməni təmin etmək üçün yeniləcəkdir.

İnteryerin idman üslubunda tərtib ediləcəyini və salonda  idman oturacaqlarının quraşdırılacağını dəqiq söyləmək olar.

ДРУГИЕ СТАТЬИ