"AvtoVAZ" şirkəti Lada 4x4 avtomobilinin növbəti nəslinin yaradılması zamanı klassik modelə xas olan üslub elementlərini qoruyub-saxlamaq niyyətindədir. Bu barədə rus markasının dizayn üzrə direktoru Stiv Mattinə istinadən RNS agentliyi məlumat yayıb.

Stiv Mattinin sözlərinə görə, varislik prinsipini rəhbər tutaraq yeni avtomobili tanınan etmək gərəkdir. Bununla belə, Mattin əmin edir ki, yeni Lada 4x4 ofroderi heç də Renault Duster modelinə bənzər olmayacaqdır.

Əvvəllər, yeni "Nivanın" fransız krossoverinin təkmilləşdirilmiş platformasında inşa ediləcəyi  bildirilmişdir. Hazırda istehsalçı əfsanəvi ofroder üçün şassi axtarışındadır. İstehsalçı, köndələn və ya uzununa yerləşdirilmiş mühərrikləri olan variantlardan seçim edir. Yeni ofroderin buraxılışı rus markasının İjevsk şəhərindəki müəssisəsində yerləşdiriləcəkdir.

Bu, Lada 4x4 modelinin yeni nəsli üçün təklif ediləcək rəng çeşidini də genişləndirilməsinə şərait yaradacaqdır. Hazırda şirkətin dizaynerləri rəng palitrasının üzərində aktiv işləyirlər.  Xatırladaq ki, fevral ayının əvvəlində yeni "Nivanın" 2021-ci ildən başlayaraq Braziliyada da yığılacağı barədə məlumat peyda olmuşdur. Yeni Lada 4x4 modeli üçün iki transmissiya nəzərdə tutulub - mexaniki və avtomatik.

"AvtoVAZ" şirkəti 2026-cı ilə qədər 12 yeni modeli təqdim etməyi planlaşdırır. Şirkət həmçinin 11 yenilənmiş modeli də təqdim edəcəkdir.