Bu ayln sonunda keçiriləcək Nyu-York avtosalonunda debütü gözlənən Kia K900/Quoris sedanın yeni nəsli avtomagistralların birində yük avtomobilində daşınarkən cəsuslar tərəfindən yaxalanıb. Hərçəndi bayraqdar sedanın eksteryeri və interyeri artlq siss deyildir, lakin, bu canlı avtomobilin bu günə olan ilk fotoşəkilləridir.

Kia K900/Quoris modelinin Gravity of Prestige adlandırılmış dizayn konsepsiyası, Nayanq (Cənubi Koreya) və İrvayndakı (ABŞ) studiyaların birgə səyi nəticəsində yaradılıbdır. Avtomobilin maraqlı xüsusiyyətlərindən biri 176 brilyant formasında olan və enerjinin azad olması prossesini təmsil edən radiator barmaqlığıdır. K900 modelinin dizaynında sadə və təbii xətlərdən geniş istifadə edilibdir. Şirkət nümayəndələrinin fikrincə avtomobil belə daha sanballı və dəbdəbəli görünür. Avtomobilin dünyəvi satışlarına 2018-ci ilin ikinci rübündə başlanmalıdır.

Nəsil dəyişikliyindən sonra, Kia K900/Quoris 3,3-litrlik V6 biturbo mühərrriki və tam çəkiş sistemi ilə təchiz ediləcəyi də ehtimal olunur. Bu mühərrikin Kia Stinger modelində quraşdırılan variantı 370 at qüvvəsi və 510 Nm hasil edir. Yeni avtomobilin salonu daha dəbdəbəli olmaqla yanaşı, eyni zamanda, tamamilə yeni arxitekturaya sahib olubdur. Üstəlik şirkət tərəfindən, bayraqdar sedanın salon tərtibatında daha yüksək keyfiyyətli dəri, ağac və metaldan istifadə ediləcəyi də bildirilibdir. Lakin, iş təkcə dəbdəbə ilə bitmir.

K900 həmçinin sələfinə nisbətən daha çox texnologiyalara malik olacaqdır. Dərc edilmiş şəkilə diqqət yetirsək avtomobilin virtual cihazlar paneli və multimedia sistemin 12,3 düymlük displeyi ilə təchiz ediləcəyini görmək olar. Bu displey avtomobil dizaynındakı son tendensiyalar uyğun olaraq mərkəzi konsolun üzərində yerləşdirilib. Bu yerdəyişmə havalandırma sisteminin deflektorlarını displeyin altında cəmləşdirməyə imkan verib. Cütlənmiş deflektorların tən ortasında analoq saatı mövcuddur.

Mərkəzi konsolda düymələrin sayının az olması, əksər sistemlərin idarəsinin məhz bu displey vasitəsi ilə həyata keçiriləcəyindən xəbər verir. Yeri gəlmişkən, Kia K900 modelinin işıqdiodlarından olan salon işıqlandırması 64 rəngdə və yeddi seçilmiş sxem ilə təklif ediləcəkdir. Modelin top variantı hərəkətə reaksiya verərək işıqlandırmanı avtomatik olaraq tənzimləyən sistemə sahib olacaqdır. Məsələn, sürücünün əli uzanan hissə daha parlaq işıqlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt