Kia şirkəti bizim bazarda Quoris kimi tanınan K900 bayraqdar sedanının növbəti nəslinin fotoşəkillərini dərc edib. Yeni bayraqdarın kütləvi təqdimat mərasimi bu yaxın günlərdə Nyu-Yorkda keçiriləcək avtosalonda baş tutacaqdır.

Yeni sedanın maraqlı xüsusiyyətləri multimedia sisteminin çərçivəsiz displeyi və Muarice Lacroix analoq saatıdır. Əvvəlki modelə nisbətən yeni sedan daha uzun və enli olub. Lakin, istehsalçı avtomobilin ölçülərini açıqlamayıb. Yeganə məlum olan K900 modelinin təkər bazasının 60 millimetr artaraq 3105 millimetrə bərabər olduğudur. Eyni zamanda, sedanın ön və arxa çıxışları da qısaldılıbdır. Kia K900/Quoris modelinin Gravity of Prestige adlandırılmış dizayn konsepsiyası, Nayanq (Cənubi Koreya) və İrvayndakı (ABŞ) studiyaların birgə səyi nəticəsində yaradılıbdır. Avtomobilin maraqlı xüsusiyyətlərindən biri 176 brilyant formasında olan və enerjinin azad olması prossesini təmsil edən radiator barmaqlığıdır. K900 modelinin dizaynında sadə və təbii xətlərdən geniş istifadə edilibdir.

Şirkət nümayəndələrinin fikrincə avtomobil belə daha sanballı və dəbdəbəli görünür.

K900 sednının təchizatına Pantone şirkətinin tədqiqat mərkəzi ilə birlikdə hazırlanmış salonun fon işıqlandırması sistemi daxildir. Sərnişinlər yeddi rəngdən və işıqlandırmanın tənzimləməsinin 64 variantında istifadə edə bilərlər. Bundan başqa, 12,3-düymlük displeyi olan multimedia sisteminə yaxınlaşma vericisi quraşdırılıbdır. O, sürücünün əlinin düyməyə yaxınlaşması ilə cihazlar panelinin işıqlandırılmasını işə salır. Nəsil dəyişikliyindən sonra, Kia K900/Quoris 3,3-litrlik V6 biturbo mühərrriki və tam çəkiş sistemi ilə təchiz ediləcəyi də ehtimal olunur. Bu mühərrikin Kia Stinger modelində quraşdırılan variantı 370 at qüvvəsi və 510 Nm hasil edir. Yeni avtomobilin salonu daha dəbdəbəli olmaqla yanaşı, eyni zamanda, tamamilə yeni arxitekturaya sahib olubdur.

Üstəlik şirkət tərəfindən, bayraqdar sedanın salon tərtibatında daha yüksək keyfiyyətli dəri, ağac və metaldan istifadə ediləcəyi də bildirilibdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt