Cadillac şirkəti bayraqdar modeli olan CT6 sedanını yeniləyib və sedanın V-Sport adlı "bərkgedən" modifikasiyasını hazırlayıb. Yeni modifikasiya ilə birlikdə markanın tarixində ilk dəfə olaraq iki turbokompressorlu səkkiz silindrli mühərrik də debüt edib. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə tandemdə çalışır.

Sıfırdan yaradılmış 4,2-litrlik benzin mühərriki iki qanadçığı olan turbokompressor cütlüyü, elektron idarəetməsi olan öncədən buraxılış klapanı, iki interkuler, silindrlərin söndürülməsi və elektronasoslu yağlama sistemi ilə təchiz edilir. Mühərrik 557 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir. V-Sport xəttindən olmayan adi modellər üçün mühərrikin gücü 500 at qüvvəsinə və 750 Nm-ə endirilibdir.

Cadillac CT6 V-Sport modelinin təchizatına 20-düymlük təkər diskləri, bu model üçün hazırlanmış xüsusi yay təkərləri, arxa oxdakı mexaniki özüqapanan differensial, yenidən tənzimlənmiş asqı, 483-millimetrlik diskləri və dördporşenli supportları olan Brembo əyləc mexanizmləri, yenidən proqramlanmış sükan gücləndiricisi və elektron idarəetməli maqnetoreoloji amortizatorlar daxil edilib. 

Bundan başqa, bərkgedən sedan aktiv çəpərcikləri olan səsboğucu sistemlə təchiz ediləcəkdir.

İdarəetmə elektronikasının rejimlərinə siyahısına trek tənzimləmələri olan variant da əlavə edilib. Bu rejimdə dönən arxa təkərlərin, aktiv amortizatorların, oxlar arasında anının bölünməsi, sabitləşdirmə sisteminin və səsboğucunun alqoritmləri dəyişəcəkdir. Yenilənmiş bayraqdar sedanlar 10-düymlük sensorlu FullHD displeyi və mərkəzi toneldəki quraşdırılmış sensorlu paneli olan coystik vasitəsi ilə idarələnən multimedia sistemi, smartfonların induksiyon doldurulması sistemi, 4G LTE giriş nöqtəsi, arxa sərnişinlər üçün əyləncə sistemi və Super Cruise şosse avtopilotu ilə təchiz edilirlər.

Yenilənmiş CT6 sedanı əvvəlkindən işıq texnikası və yenilənmiş bamperləri, başqa radiator barmaqlığı və forması dəyişdirilmiş baqaj qapağı ilə fərqlənir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt