Ford şirkəti bir neçə gündən sonra işinə başlayacaq Nyu-York avtosalonunda Fusion modelinin yenilənmiş versiyasını təqdim edəcəkdir. İki il bundan öncə restaylinq keçmiş sedan ikinci dəfədir ki yenilənməyə məruz qalır.

Əslində avtomobilin xarici görkəmində baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır. Yenilənmiş sedan əvvəlkindən şaquli əlavəyə yerləşdirilmiş duman əleyhinə fənərləri olan yeni formalı ön bamper, başqa formalı arxa bamper və əvvəlki bütöv xrom xəttin arxa fənərlər arasında bölünmüş forması ilə fərqlənir. Yenilənmiş Ford Fusion, amerikan istehsalçısının Co-Pilot360 unifikasiya edilmiş elektron kompleksi ilə təchiz edilən ilk modelidir. Standart olaraq quraşdırılan bu kompleksin tərkibinə piyadaları aşkar etmək funksiyası olan avtomatik əyləcləmə sistemi, kor zonalara nəzarət sistemi, zolaqda saxlama və avtomatik uzaq işıqlar, həmçinin arxa görüntü kamerası daxil edilmişdir.

Yeni kompleks bir müddət sonra bütün Ford avtomobillərinin baza təchizatına daxil ediləcəkdir.

Daha bir yenilik Fusion Energi hibrid modifikasiyasına aiddir: avtomobilin litium-ion batareyasının həcmi 7,6-dan 9 kVt-a qədər artırılıb. Bu dəyişiklik sayəsində sedanın elektrik ötürməsi ilə etdiyi yürüş məsafəsi 20% artaraq 40 kilometrə çatıb. 188 at qüvvəli 2,0-litrlik mühərrik ilə elektromotorun tandemi dəyişməz qalıb. Eyni mühərrik Fusion Hybrid modifikasiyasının kapotunun altında da yerləşdirilir.

Lakin, bu modifikasiyanın batareyası 1,4 kVt həcmə malikdir və elektrik şəbəkəsinə qoşulmaq imkanından məhrumdur. Ford Fusion modelinin mühərrik çeşidi də dəyişilməz qalıb. Bunlar 173 at qüvvəli 2.%-litrlik və 181 at qüvvəli 1,5-litrlik dörd silindli turbomühərriklər və ən güclü 325 at qüvvəli 2,7-litrlik V6 turbomühərrikidir. Avropa bazarında Mondeo adı ilə satılan sedanın yenilənməsi barədə məlumat verilməyib. 

Image alt Image alt Image alt Image alt Image alt