Land Rover Range Rover Sport SVR modelinin hardkor variantını buraxacaq

Jaguar Land Rover şirkətinin Special Vehicle Operations (SVO) bölməsi «bərkgedən» Range Rover Sport SVR ofroderinin yengelləşdirilmiş modifikasiyasını buraxmaq fikrinə düşüb. Bu barədə layihənin baş mühəndisi Ben Verekçiyə istinadən Motoring nəşri xəbər yayıb.

Ofroder şassinin iki variantda xüsusi tənzimləmələrinə və unikal karbon-saxsı əyləc mexanizmlərinə sahib olacaqdır. Mexanizmlər sıfırdan hazırlanacaqdır. İlkin məlumata görə, bu yeniliklər ofroderin çəkisinə 24 kiloqram qənaət etmək imkanı verəcəkdir.

Daha radikal təkmilləşdirmə arxa oturacaqlar cərgəsinin götürülməsini və təhlükəsizlik karkasının quraşdırılmasını nəzərdə tutur. Jaguar SV Project 8 layihəsindən ilham alan mütəxəssislər artıq belə prototipin sınaqlarına başlayıblar. Bu prototiplər daha yeyin və yüngül SVR ofroderinin əsasını təşkil edəcəkdirlər.

«Qaynar» Range Rover Sport SVR modeli 575 at qüvvəsi və 700 Nm hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə «qaynar» ofroder 4,5 saniyəyə sürətlənir. Ofroderin salonu yeni Range Rover Velar modelinin üslubunda tərtib edilib. 

ДРУГИЕ СТАТЬИ