Rolls-Royce şirkəti Wraith kupesinin Luminary Collection adlı xüsusi seriyasını təqdim edib. Cəmi 55 ədəd belə avtomobil buraxılacaqdır. Onlardan hər biri “ulduz yağışı” tavanına, işıqlandırılan ağac panellərə və xüsusi olaraq polad saplardan hörülmüş parçadan hazırlanmış salon detalları ilə təchiz ediləcəkdir.

Xüsusi avtomobillərin hazırlanması ilə, müştərilərin fərdi sifarişləri üzrə avtomobilləri yaradan Rolls-Royce Bespoke bölümü məşğul olub. Luminary Collection seriyasından olan Wraith kupesi üçün xüsusi Sunburst Grey boz rəngli hazırlanmışdır. Bu boyanın yaradılması zamanı ilham mənbəyi “qızıl saatın” rəng çeşidi olub. Kupe günəş şüalarını xatırladan xətlərlə də bəzədilibdir.

Rolls-Royce Wraith kupesinin salon tərtibatında 176 işıqdiodu yerləşdirlmiş palıd şponundan istifadə edilib.  Şirkət dizaynerlərinin fikrincə onlar göydən düşən ulduzun izi kimi işıqlanmalıdırlar. Avtomobilin tavanında 1340 ədəd işıqdiodları quraşdırılıb. Onlar bürc şəklində yığılmış və ulduzlu səmanı təmsil edirlər. Təsadüfi ardıcıllıqla tavanda səkkiz meteor alışıb-yanır. 

Bu sistemin tənzimlənməsinə 20 saat vaxt tələb edilir. Dəbdəbəli kupenin ön və arxa oturacaqları müxtəlif rəngli dəri ilə örtülüb. Ön oturacaqlar qəhvəyi, arxa oturacaqlar isə antrasit rənginə malikdirlər. Qapılardakı və mərkəzi tonneldəki dekorativ elementlər əl ilə incə polad saplardan toxunmuş unikal parça ilə örtülüblər. Bu sapların hər birinin diametric 0,08-),19 millimetrdir. Parçanın toxunmasına üç gün sərf edilir.

Rolls-Royce Wraith 6,6-litrlik V12 turbomühərriki və səkkiz pillləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Mühərrikin gücü 633 at qüvvəsi, fırlanma anı 800 Nm-dir. Dəbdəbəli kupe 100 km/saat sürətini 4,6 saniyəyə toplayır.

Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt