Dirçəldilmiş Toyota Supra sportkarı mexaniki qutu ilə təklif edilməyəcəkdir

Dirçəldilmiş Toyota Supra modeli mexaniki ötürmələr qutusu ilə təchiz edilməyəcəkdir. Layihənin baş mühəndisi Tetsui Tada avtomobilin güc aqreqatının ponetsialına iki muftalı “robotun” daha uyğun olduğunu bildirib. Bu barədə Infoseek saytı xəbər verib.

Yeni nəsil Toyota Supra kupesi BMW tərəfindən hazırlanmış 3,0-litrlik altı silindrli sıralı mühərrik ilə hərəkətə gələcəkdir. Supra modelində quraşdırılacaq mühərrik iki turbokompressorla təchiz ediləcəkdir. İlkin məlumatlara görə, mühərrik 450 at qüvvəsinə malik olacaqdır.

Bundan öncə, Tetsuya Tada yeni sportkarın hazırlanmasına uzun zaman sərf edildiyinə görə üzr istəyib. Onun fikrincə, yapon istehsalçısı sportkarı daha əvvəl buraxmalı idi.  “Biz bunun daha əvvəl baş verməsini istərdik, - Tada-san söyləyib. – Bizi dəstəkləyənlərdən üzr istəyirik. Çox təəssüf edirəm, 15 il çox uzun müddətdir”. Əvvəllər Toyota şirkətinin Subaru ilə birlikdə hazırladığı GT86 layihəsinə başçılıq etmiş Tetsuya Tada, həmçinin BMW ilə əməkdaşlığın bir sıra detallarını açıqlayıb. Alman istehsalçısının seçilməsinə, onun modellərinin lazım gələn arxitekturaya malik olması səbəb olub. Buna misal olaraq, Tada-san M2 modelini göstərib.

Tada-sanın sözlərinə görə, beşinci nəsil Supra modelinin hazırlanması üçün başlıca şərtlər öndə yerləşən mühərrikin, arxa çəkişin və altı silindrli mühərrikin mövcudluğu olub. Bütün bunlara isə alman istehsalçısı sahibdir. Bununla belə, yeni Toyota Supra haqqında məlumat çox azdır. Məlumdur ki, yeni Toyota Supra BMW Z4 modeli ilə eyni platformanı və 3,0-litrlik altı silindrli mühərriki bölüşəcəkdir. Lakin, avtomobillər müxtəlif tənzimləmələrə malik olacaqdır.Onlar arasında oxşarlıq da minimal olacaqdır.

ДРУГИЕ СТАТЬИ