RM Sotheby’s hərrac evinin satışlarına unikal Lamborghini Diablo GT superkarı çıxarılıb. 80 nüsxəlik məhdud sayda tirajla buraxılan avtomobilin yürüş göstəricisi 276 kilometrdir. Avtomobil may ayında Monakoda hərraca çıxarılacaqdır.

Lot təsvirində GT modelinin Diablo modelinin ən “vəhşi” variantı olduğu qeyd edilibdir. Bu kupe buraxılmış avtomobillərin on ikincisi və çox güman ki, ən az yürüyüşə malik olanıdır.  Superkarın sahibi və onun ilkin satış qiyməti barədə məlumat verilməyib.

Lamborghini Diablo GT superkarı 1999-cu ildə debüt edib. Avtomobil 583 at qüvvəsi və 630 Nm hasil edən 6,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Arxadan çəkişli kupe beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilibdir.

Image alt Image alt Image alt Image alt