McLaren şirkəti GT hiperkarının hər alıcısına “Speed Form” (“Sürətin Forması”) adlı kolleksiya heykəlciyini hədiyyə edəcəkdir. Bu heykəlcik açıq satışda olmayacaqdır. İstehsalçı onu “misli-bərabəri olmayan” adlandırıb.

Həre bir heykəlciyin hazırlanmasına 100 saat sərf edilir. Daha 30 saat onun əl ilə cilalanmasına gərəkdir. “Sürətin Forması” hiperkarın sürücünün mərkəzdə quraşdırılmış oturacağı olan üçyerli interyerinin surətidir. Heykəlciyin uzunluğu 400 millimetr, eni – 205 millimetr, hündürlüyü isə 80 millimetrdir. Onun çəkisi 3,6 kiloqrama bərabərdir. Hər bir heykəlçik fərdi nömrəyə sahib olacaqdır.

Zavoddaxili BP23 şifrəsinə malik olan sportkar markanın ən sürətli modeli olacaqdır. Onun maksimal sürəti 391 km/saat təşkil etməlidir. Yeni superhibrid McLaren şirkətinin ən yüksək Ultimate Series model xəttinə daxil olacaqdır. Xatırladaq ki, P1 hibridi və Senna superkarı bu ailəyə mənsubdurlar. Yeni hiperkar üç yerli salona və 1000 at qüvvəsinin üzərində gücü olan hibrid qurğuya malik olacaqdır. Britaniyalıların fikrincə, McLaren Hyper-GT markanın ən ekstremal və eyni zamanda ən dəbdəbəli avtomobili olmalıdır. Hiperkarın istehsalına gələn ilin sonunda başlanacaqdır.

Hər bir avtomobil McLaren Special Operations (MSO) bölümü tərəfindən müştərinin tələb və arzusuna uyğun olaraq hazırlanacaqdır. Superhibridin kütləvi təqdimatı 2018-ci ilin sonunda keçiriləcəkdir. Cəmi 106 avtomobil buraxılacaqdır. Onların hər birinin qiyməti 1,6 milyon funt-sterlinq təşkil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt