40 illik orijinal Toyota Land Cruiser ofrouderi satılır

"BaT Auctions" hərrac evinin saytında 1978-ci ilin Toyota Land Cruiser FJ40 ofrouderinin satışı barədə elan dərc edilibdir. Odometrində 8473 kilometr yürüşə malik olan avtomobilin yaşına baxmayaraq “absurd dərəcədə orijinal vəziyyətdə” olduğu bildirilir. Hazırda avtomobil 100 min dollara qiymətləndirilib.

Lotun təsvirində avtomobilin ilk dəfə Vayominq ştatında satıldığı bildirilir. Ofrouderin ilk sahibi xalça ticarətçisi olub və avtomobili bir yay istifadə etdikdən sonra, onu yeşiyə yerləşdirərək anbarın divarından asıb. Onun ölümündən sonra, 2000-ci ildə avtomobili klassik ofrouderlərin bərpası ilə məşğul olan  TLC4x4 və ICON fırmalarının təsisçisi Conatan Uord satın alıb.

Toyota FJ40 tam texniki baxışdan keçib. Əlavə olaraq, avtomobilə kondisioner quraşdırılıb və sərt tavanın rezinləri dəyişdirilibdir. Ofrouder orijinal boyasını, emblemlərini və dekoratib kuzov elementlərini  qoruyub-saxlayıbdır. 15-düymlük orijinal zavod diskləri xromla örtülmüş və yeni BF Goodrich All Terrain T/A KO təchiz edilmişdir. Bundan başqa, avtomobil yeni akkumulyatora və yanacaq filtrlinə sahib olub.

Toyora FJ40 modelinin kapotu altında 135 at qüvvəsi və 285 Nm hasil edən 4,2-litrlik sıralı altı silindrli mühərrik yerləşir. Aqreqat dörd pilləli mexaniki qutu ilə tandemdə çalışır.

ДРУГИЕ СТАТЬИ