Mercedes-Benz şirkəti yeni nəsil GLE modelini qumluqdan sərbəst şəkildə çıxmağı öyrədib.

Avtomobil ESP sisteminin xüsusi rejiminə malik olubdur ki, bu rejimdə pnevmatik asqı ilə təchiz edilən ofrouder «yerində tullanaraq» sürücüyə qumluqdan çıxmağa kömək edıəcəkdir. Sistemin işini nümayiş etdirən videoçarx Car and Driver nəsşrinin Youtube kanalında dərc edilib. Yeni nəsil Mercedes-Benz GLE krossoveri aktiv hidroyaylı asqı ilə təchiz ediləcəkdir. Bu sistem hər bir təkərə fərdi şəkildə nəzarət edəcək və yol şəraitindən asılı olaraq amortizatorların sərtliyini tənzimləyəcəkdir.  

Bundan başqa, ofrouder  elektronika ilə idarə edilən «yaş» muftaya malik olan mərkəzi differensial, həmçinin opsional ikipilləli paylaşdırıcı qutu ilə təchiz ediləcəkdir.