Rolls-Royce şirkəti özünün YouTube kanalındakı səhifəsində dəbdəbəli avtomobillər istehsalçısının prinsip və fəlsəfəsini əks etdirən videoçarxı dərc edib. Çarxın müəllifləri diqqəti xüsusi olaraq avtomoibilin ideal ölçülərinə, həmçinin xətlərə və səhtlərinə yönəldiblər.

Şirkət nümayəndələri qüsursuz dizaynın əsasını, avtomobilin təkər disklərinin diametrindən iki dəfə çox olmayan hündürlüyünün təşkil etdiyini bildirirlər. Həmçinin avtomobilin formasını yaradan xətlərin simmetriyası və dəqiqliyi də əsas rollardan birini oynayır. Onların hesabına praktiki olaraq  illər boyu dəyişməyən firma tərzi formalaşır.

Videoçarxda dəbdəbəli britaniya markasının dizayn və texnologiyalarının inkişaf vektorunu əks etdirən Rolls-Royce 103EX konsept avtomobili nümayiş olunur. Bu, sükan və pedallardan məhrum olmuş, lakin müasir Rolls-Royce modellərinin atributlarına (salonun ipək, əsl ağac, yun və fil sümüyü) sahib olan pilotsuz nəqliyyat vasitəsidir.