Amerikalılar keyfiyyətsiz işıqları olan 40 modelin adını açıqlayıblar

Amerika Birləşmiş Ştatlarının Yol hərəkətinin sığortalanması institutu (IIHS) tərəfindən aparılmış sınaqlardan sonra, 40 model qeyri-effektiv ön işıqları sayəsində yüksək Top Safety Pick təhlükəsizlik reytinqindən məhrum olublar. Autoblog saytının məlumatına görə, fənərlərin qiymətləndirilıməsi üçün işlər bu il aparıldığı üçün, bir sıra istehsalçıların keçən ilki reytinqləri də ləğv edilibdir.

Sınaqlar zamanı IIHS ekspertləri fənərlərin effektiv uzaqlığını və parlaqlığını, işıq dəstəsinin bölünməsini, döngələrin işıqlandırılması sisteminin effektivliyini və uzaq işıqların avtomatik idarə olunmasını qiymətləndiriblər. Ekspertlərin təqdim etdiyi son nəticələrə bütün bu göstəricilər təsir edib.

Yüksək Top Safety Pick reytinqini almaq üçün ön fənərlərin qiyməti «Acceptable» («qənaətbəxş») nəticəsindən aşağı olmamalıdır. Siyahıya düşən modellərin zəif optikaya malik olmasına baxmayaraq, onların krəş-testlərdə yüksək nəticələr əldə etdikləri vurğulanır.

Qeyri-qənaətbəxş qiymətlər Alan avtomobillər arasında Audi A4 Allroad, A5, A6, Q5, Q7, BMW X1, Cadillac XT5, Infiniti QX60, Jeep Compass, Mercedes-Benz C-Class sedanı, Mini Countryman, Nissan Murano, Toyota C-HR, Volkswagen Atlas, Passat, Tiguan və Volvo CX90 modelləri vardır. IIHS siyahısında olan qalan modellər isə yalnız ABŞ bazarında satılır.

Avtomobil fənərlərinin sınaqları üzrə çalışmalıara amerikan təhlükəsizlik institutu 2016-cı ilin əvvəlində başlayıb. Həmin ilin mart ayında təşkilat 31 modelin (yalnız bir avtomobil yüksək qiymət alıb), iyul ayında - 21 krossoverin, oktyabrda isə 11 pikapın işıq texnikasını sınaqdan çıxarıb. Avtomobillərin əksəriyyəti qeyri-qənaətbəxş qiymətlər alıbdır.

ДРУГИЕ СТАТЬИ