Dodge Durango GT modeli üçün staylinq dəstini hazırlayıb

Dodge şirkəti Durango GT modeli üçün Rallye Appearance staylinq dəstini təqdim edib. Bu dəstlə altı silindrli mühərriklə təchiz edilən ofrouder daha aqressiv görkəmə malik olacaqdır.

Rallye Appearance dəstinə malik olan ofrouder adi Dodge Durango GT modelindən mərkəzi hava girişi və isti havanı çıxarmaq üçün iki kəsiyi olan kapotu, idman formalı ön bamperi və işıqdiodlarından duman əleyhinə fənərləri ilə seçilir. Bu elementlər daha bahalı R/T və «bərkgedən» SRT modifikasiyalarından götürülüb. Dodge Durango GT modeli 299 at qüvvəsi və 352 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 Pentastar mühərriki və səkkiz diapazonlu avtomatik transmissiya ilə təchiz edilir. GT modifikasiyasının təchizatına idman oturacaqları, on və arxa oturacaqların qızdırılması, baqaj qapağının elektrik ötürməsi və 20-düymlük təkər diskləri daxildir.

Rallye Appearance dəstinin qiyməti 1495 dollar təşkil edir. Bu dəsti Blacktop dəsti (qara güzgülər, təkər diskləri və emblemləri)  və Brass Monkey qızılı rəngli disklərlə uyğunlaşdırmaq olar. Durango GT modelinin ABŞ-dakı satış qiyməti 37795 dollardır.

ДРУГИЕ СТАТЬИ