Bu gün Carscoops saytı BMW Z4 modelinin yeni nəslinin rəsmi fotoşəkillərini dərc edib. Xatlrladaq ki, bir neçə gün bundan öncə avqust ayının sonlarında debütü gözlənilən rodsterin cəsus fotoşəkilləri internet şəbəkəsində dyayılmışdır.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, G29 zavod daxili indeksinə malik olan seriya modeli keçən il nümayiş etdirilən Concept Z4 modelinə çox bənzəyir.  Konseptin «ikimərtəbəli» fənərləri, yan tərəfdəki fiqurlu dəliklər və arxa təkərə tərəf yüksələn kandar xətti  qorunub-saxlanmışdır. Konseptin arxa hoissəsində gördüyümüz yumru xəttlər, işıq texnikasının forması və baqaj üzərindəki çıxış da yerində qalmışdır.

Ən ciddi dəyişiklər isə, qabaq fənərlər zonasında ön kapot və bamper arasında olan qovuşuqlar, kapotdan yoxa çıxan uzununa dəliklər və kresloların arxasından Götürülmüş qapaqlardır. Həmçinin ön bamperin də forması daha çıxıntılı olub. Digər dəyişikliklər böyük ehtimalla avtomobilin komplektasiyası ilə izah olunur. Şəkildəki model Z4 M40i modifikasiyası olduğundan onun təchizatına qararəngli eksteryer tərtibatı daxildir. Bu modifikasiya 340-360 at qüvvəsi arasında gücə malik olan 3,0-litrlik altı silindrli turbomühərrikə sahib olacaqdır.

Yeni rodsterin təqdimatının bu ayın sonunda Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsində debüt edəcəyi gözlənilir. Lakin, təqdimatın oktyabrda işinə başlayacaq Paris avtosalonunda da baş tutacağı istisna olunmur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt