Bir müddət bundan əvvəl həbs edilən Audi şirkətinin sabiq rəhbəri Rupert Ştadler appelyasiya şikayəti verib. Lakin, Münhen şəhərinin məhkəməsi Ştadlerin müraciətinə baxaraq həbs qəti imkan tədbirini qüvvədə saxlayıb.

«Məhkəmə hesab edir ki, ədalət məhkəməsinin qarşısının alınması təhlükəsi mövcuddur. Bu səbəbdən də ittiham olunan şəxsin həbsdən buraxılması tələbi rədd edilibdir», - Münhen məhkəməsinin bəyanatında bildirilir. Xatırladaq ki, Rupert Ştadler iyun ayında Münhün polisi tərəfində evində həbs edilmişdir. Yüksək səviyyəli menecer dizel mühərriklərinin zərərli tullantılar səviyyəsinin saxtalaşdırılmasında ittiham olunur.

Bu qalmaqaldan sonra Ştadler Volkswagen qrupundakı vəzifələrindən azad olunub.