Infiniti şirkəti avqust ayının sonunda Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsində təqdim edəcəyi bir yerli konsept avtomobilinin zahiri görkıəmi üzərindəki sirr pərdəsini götürüb. Konsept Prototype 10 adını alıb və klassik spidsterin müasir interpretasiyasıdır.

«Yeni kpnsept avtomobili Infiniti brendinin inkişaf yolunu nümayiş etdirir, - yapon markasının şef-dizayneri Kərim Həbib bildirib. - Bizim üçün elektrikləşmə məhsuldarlığın sinonimidir. Elektrokarlarımız güclü, effektiv və idarəetmədən həzz almağa imkan verən nəqliyyat vasitəsi olacaqdırlar. Bu prototip elektrikləşmiş gələcəyin fiziki təzahürü olacaqdır». Xatırladaq ki, Prototype 9 rodsteri keçən ilin avqust ayında debüt edib. Şirkət nümayəndələrinin sözlərinə görə, prototip 1940-cı illərin yarış avtomobillərinə həsr olunubdur.

Əslindəı Infiniti belə ənənələrə malik deyildir, çünki marka 1989-cu ildə təsis edilibdir.  Konsept Nissan Leaf elektrokarının əsasında inşa edilibdir.  Prototype 9 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir və 170 km/saatlıq maksimal sürət həddinə malikdir.

Inspiration Q modeli isə dəyişən sıxılma əmsalı olan turbomühərrik ilə və ProPilot avtonom idarəetmə sistemi ilə təchiz edilir. Bu konsept yapon markasının yaxın gələcəkdə işıq üzü görəcək modellərinin dizayn üslubunu nümayiş etdirir.