ABŞ-da fəaliyyət göstərən APR tüninq atelyesi Volkswagen Atlas modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Avtomobil Golf R modelindən alınmış turbokompressorla təhiz edilən mühərrikə və yolsuzluq şinlərinə sahib olub.

Atlas modeli 235 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin mühərriki ilə təchiz edilir. Tünerlər mühərrikə yeni trubini, karbondan girişi, yeni səsboğucu sistemini quraşdıraraq,  onun idarəetmə elektronikasını yeniləyiblər. Nəticədə, aqreqatın gücü 350 at qüvvəsinə, fırlanma anı isə 474 Nm-ə qədər artırılıb. Beləliklə, tüninq olunmuş mühərrik, krossover üçün təklif edilən standart V6 aqreqatından daha güclü olubdur.  Əlavə olaraq, tünerlər avtomobilin klirensini 38 millimetr artırıb və Toyo Open Country yolsuzluq şinləri olan 20-düymlük təkər diskləri ilə təchiz ediblər.

Bundan başqa, avtomobil 350 millimetrlik altıporşenli əyləc mexanizmlərinə, Digital Precision firması tərəfindən hazırlanmış kuzovun vinildən örtüyünə sahib olub. APR şirkətindən bu layihənin yeganə layihə olduğunu bildiriblər. Lakin, tüner gələcəkdə Atlas üçün yeni tüninq proqramı hazırlayacağına söz verib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt