Bugatti şirkəti Divo hiperkarının yeni təsvirini yayıb. Sonuncu tizaedə avtomobilin ümumi proporsiyaları və profilini görmək olar. Bugatti Chiron hiperkarının bazasında inşa edilən modelin kütləvi debütü avqust ayının 24-ü tarixinə planlaşdırılıb.

Bugatti şirkəti 40 ədəd Divo hiperkarını buraxmağı nəzərdə tutub. Hər bir hiperkarın qiyməti beş milyon avro təşkil edəcəkdir. Bugatti Divo modeli bazasında yaradıldığı Chiron hiperkarından təkmilləşdirilmiş aerodinamik «dayağı» ilə seçiləcəkdir. Avtomobil təkmilləşdirilmiş ön splitterə, iri arxa antiqanada və diffuzora sahib olacaqdır.  Böyük ehtimalla Bugatti Divo 1500 at qüvvəsi hasil edən və dörd turbokompressora malik olan 8,0-litrlik W16 mühərriki ilə hərəkətə gələcəkdir.

Güc aqreqatı yarış transmissiyası ilə tandemdə çalışacaqdır. Yaxşılaşdırılmış aerodinamika və azaldılmış çəki sayəsində Divo döngələrdə daha stabil olacaqdır. 

Eyni zamanda, hiperkar sürətlənmə də Chiron Sport modelindən yeyin olacaqdır. Bir müddət bundan əvvəl Bugatti şirkəti Divo modelinin çoxbölümlü arxa fənərlərini və aerodinamik kuzov dəstinin bir hissəsini nümayiş etdirmişdir.

Image alt Image alt Image alt Image alt Image alt