Aston Martin şirkəti DB5 modelinin buraxılışını bərpa etməyi planlaşdırır. İstehsalçı, 1964-cü ildə çəkilmiş «Qoldfinger» filmində istifadə edilən avtomobilin 25 nüsxəlik dəqiq surətini buraxmaq niyyətindədir.

Sportkarın istehsalı orijinal Aston Martin DB5 modelinin vətənində Nyuport-Paqnelldə təşkil ediləcəkdir. Sportkarın qiyməti 2,75 milyon funt-sterlinq olacaqdır. Ümumilikdə DB5 modeli, «Qoldfingerdən» savayı britaniya kəşfiyyatının xüsusi cəsusu haqqında çəkilən yeddi filmdə iştirak edib. Bunlar «Şar ildırımı», «Qızıl göz», «Sabah heç zaman ölməyəcək», «Kazino «Royal»», «007: Koordinatlar «Skayfoll»», «007: Spektr» filmləridir.

EON Productions kinostudiyası ilə birlikdə inşa edilən yeni Aston Martin DB5 modeli filmdəki orijinal avtomobil kimi yalnız Silver Brich rənginə boyanacaqdır.

Avtomobil «cəsus» qadjetləri ilə də təchiz ediləcəkdir ki, bunların arasında xüsusi effektlərin britaniya koordinatoru olan Kris Korbuld təırəfindən hazırlanmış dönən nömrələr də olacaqdır. İlkin məlumata əsasən, yeni DB5 modeli müştərilərə 2020-ci ildə çatdırılacaqdır.

Avtomobil kolleksiya nüsxəsi olacaqdır ki, bu da avtomobilin ümumi yollarda istismarının qadağan edildiyi anlamına gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt